Ermənistanda şəbəkə qurub Türkiyədə fırıldaqçılıq etdilər - VİDEO

14:15 09-06-2021 12

Ermənistanda sayt yaradan bir qrup şəxs Türkiyədə qanunsuz yollarla qumar oyunları təşkil ediblər.

“TRT Haber” bu barədə hüquq-mühafizə orqanlarna istinadla məlumat yayır.

Bildirilir ki, Türkiyənin Mersin şəhərinin 18 rayonunda əməliyyat aparılıb.

Araşdırma zamanı məlum olub ki, şübhəlilər şəxsi məlumatlarını müxtəlif yollarla əldə etdikləri 273 nəfərin adına rəqəmsal pul platformalarında hesab açıblar. 65 milyonu rəqəmsal olmaqla, 190 milyon dəyərində pul dövriyəyə buraxılıb. Şübhəlilər qanunsuz əldə etdikləri pulları “Bitcoin” kriptovalyutasına çeviriblər.

Şəxsiyyətləri müəyyən olunan 117 nəfər barəsində saxlanma qərarı verilib, onların 86-sı tutulub.