“Keşlə” 10 futbolçu barədə qərar verdi

14:10 09-06-2021 15

Ölkəmizi Avropa Konfrans Liqasında təmsil edəcək “Keşlə” müqaviləsi bitən 10 futbolçu barədə qərar verib.

milletinsesi.info xəbər verir ki, Azərbaycan Kubokunun son qalibi “Keşlə” FK-nın rəhbərliyi aşağıda adları sadalanan futbolçularla əməkdaşlıq müqaviləsinin müddətinin daha bir il artırılması barədə qərar qəbul edib.

Bunlar Tərlan Quliyev, Tural Axundov, Kamal Bayramov, İlkin Qırtımov, Miyuşko Boyoviç, Rail Məlikov, Ruslan Əmircanov, Stanislav Namaşko, Rafael Məhərrəmlidir. Elçin Mustafayevlə isə icarə müddəti artırılıb.

Qeyd edək ki, daha əvvəl “Keşlə” Şəhriyar Əliyev, Merab Qiqauri və Azər Salahlı ilə müqavilə müddətini artırıb. Həmçinin, “Neftçi”nin futbolçuları – Rəhman Hacıyevlə Turan Vəlizadə daha bir il müddətinə “Keşlə”də icarə əsasında oynayacaq.

Səbuhi Musayev