Güclü külək Sumqayıtda fəsadlar törədib - VİDEO

15:20 05-05-2021 9

Sumqayıt şəhərində güclü külək fəsadlar törətməyə davam edir. 

Baku TV xəbər verir ki, əsən güclü küləyin təsiri nəticəsində şəhərin 12-ci mikrorayon ərazisində iri gövdəli Çinar ağacının bir budağı qırılaraq minik avtomobillərin üzərinə aşıb. Hadisə zamanı avtomobillərə ciddi ziyan dəyib. 

Əraziyə Mənzil Kommunal İstismar İdarəsinin və Yaşıllaşdırma idarəsinin əməkdaşları baxış keçirib. Ağaclar kəsilərək ərazidən daşınıb.