Rusiya XİN: Lavrov Ermənistana səfəri çərçivəsində Paşinyanla görüşəcək

14:55 05-05-2021 13

5-6 may tarixlərində Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ermənistana işgüzar səfər edəcək. Səfər çərçivəsində Sergey Lavrovun Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan və xarici işlər naziri səlahiyyətlərini icra edən Ara Ayvazyanla görüşləri planlaşdırılıb.

Bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.

“Əsas mövzulardan biri regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması da daxil olmaqla, Azərbaycan prezidentinin, Ermənistan baş nazirinin və Rusiya prezidentinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının icrasının praktik aspektlərinin nəzərdən keçirilməsi olacaq”, - deyə Rusiya XİN-dən bildirilib.