Dünyaca məşhur fotoqraf: Şuşa, “Son Xarı bülbül” - FOTO

14:10 05-05-2021 16

Dünyaca məşhur Azərbaycan əsilli fotoqraf Reza Deqati Şuşa ilə bağlı paylaşım edib.

Fotoqraf “Facebook” hesabında Şuşanın 1992-ci ildə işğalı və “Xarı bülbül”dən bəhs edib.

Azərbaycan xalqı tərəfindən sevgi və sülhün emblemi, çiçəyi kimi simvolizə edilən “Xarıbülbül” və ya “Ophrys caucasica” səhləbkimilər fəsiləsindən unikal bir çiçəkdir. 1992-ci ilin aprelində həftələrlə erməni qüvvələrinin mühasirəsində qalan Şuşada yeganə jurnalist kimi erməni snayperlərin hədəfi ola biləcək “Cıdır” dağ uçurumundan keçərək piyada çıxmalı oldum. Hərbçilərlə və demək olar ki, şəhəri əliyalın müdafiə edən könüllülərlə həmişəki kimi vidalaşdıqdan sonra onlardan biri bu “Xarıbülbül”ü dərdi və Şuşadan Parisə aparmağım üçün mənə verdi”, - deyə fotoqraf bildirib.

Karabakh Shusha 1992 Last flower . " Son Xari BulBul" " Khari Bulbul" or "Ophrys caucasian " is a unic flower of...

Posted by Reza Photojournalist on 5 May 2021, Çərşənbə