Tacikistan münaqişə zamanı qaçırılan avtomobilləri Qırğızıstana qaytardı

13:45 05-05-2021 11

Tacikistan münaqişə zamanı taciklər tərəfindən qaçırılan avtomobilləri Qırğızıstana qaytarıb.

Bu barədə “RİA Novosti” Qırğızıstan Dövlət Sərhəd Xidmətinə istinadla məlumat verib.

Məlumata görə, hazırda Qırğızıstan-Tacikistan sərhədində vəziyyət sabit olaraq xarakterizə olunur.

Xatırladaq ki, aprelin 28-də Qırğızıstan və Tacikistan sərhədində mübahisəli “Qolovnoy” su paylama məntəqəsi ətrafında yerli sakinlər arasında münaqişə baş verib. Hər iki tərəfdəki qarşıdurmalar nəticəsində təxminən 40 nəfər ölüb, 200-dən çox adam yaralanıb. Mayın 1-də Bişkek və Düşənbə Qırğızıstan-Tacikistan sərhədində tam atəşkəs barədə razılığa gəlib.

Qırğızıstanın Tacikistanla silahlı sərhəd qarşıdurmasının baş verdiyi Batken vilayətinə xüsusi status veriləcək.