Milli Qəhrəmanın adına olan küçə təmir edilir - FOTO

11:40 05-05-2021 8

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Pirallahı rayonunda iki kilometr uzunluğa malik Mübariz İbrahimov küçəsi təmir olunur.

Agentlikdən bildirilib ki, aparılan təmir-tikinti işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçə profilə salınaraq, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir.

Daha sonra yol əsası hazır olan hissələrə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq.