Mehdiabadda elektrik dirəyi qəzalı vəziyyətdədir - FOTO

10:30 05-05-2021 8

Abşeron rayonu Mehdiabad qəsəbəsində sakinlər aşmaq üzrə olan işıq dirəyindən narazılıq edir.

Bu barədə milletinsesi.info-a sakinlər tərəfindən məlumat verilib.

Sakinlər deyir ki, Mehdiabadda işıq dirəkləri qəzalı vəziyyətindədir:

“Yaz vaxtı uşaqlar həyətdə oynayanda narahat oluruq. Allah qorusun, bir bədbəxt hadisə olsa, dirək kiminsə üzərinə aşsa, məsuliyyət kimin boynunda qalacaq? Müraciət etmişik ki, yenidən qazıb dirəyi düzəltməyə ehtiyac var”.