Gəncədə 10-a yaxın evi su basdı - FOTO/ VİDEO

10:20 05-05-2021 8

Gəncə şəhərində gecə saatlarından yağan yağış fəsadlar törədib.

milletinsesi.info-ın məlumatına görə, şəhərin Məhsəti qəsəbəsi, İlham Hüseynov küçəsində yağan yağış nəticəsində 10-a yaxın evi su basıb.

Sakinlər bildirib ki, hadisə nəticəsində aidiyyəti qurumlara müraciət etsələr də, heç bir tədbir görülmür. 

Hazırda yağıntılı hava şəraiti davam edir.

İlhamə Əbülfət