Şirvanda arvad ərini bellə döydü

09:15 05-05-2021 11

Şirvan şəhərində döyülmə hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə şəhərin Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, qəsəbə sakini, 1981-ci il təvəllüdlü Abdullayev Rövşən Mikayıl oğlu həyat yoldaşı tərəfindən bellə döyülərək müxtəlif xəsarətlər alıb.

O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.