İtaliyada peyvəndləmə sayəsində “Kovidsiz ada” yaradılıb

02:20 05-05-2021 14

İtaliyanın turizm adası Proçidada təxminən 6 900 nəfər peyvənd edilib.

“Anadolu” agentliyi xəbər verir ki, bu, qeydiyyatda olan əhalinin 92 faizini əhatə edir.

Yüksək səviyyəli vaksinasiyanın virusun adada yayılma riskini azaltmağa kömək edəcəyi gözlənilir.

İtalyan mətbuatında yer alan digər xəbərlərdə Proçidadan “Kovidsiz ada” kimi bəhs edilib.

Qeyd edək ki, İtaliyada bu zamana qədər 4 050 708 nəfər koronavirusa yoluxub, 121 433 nəfər ölüb.