Ronaldunun Bakıda oynayacağı stadion müəyyənləşdi

15:55 04-05-2021 18

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan milli komandasının Portuqaliya yığması ilə qarşılaşacağı stadion müəyyənləşib.

milletinsesi.info xəbər verir ki, Azərbaycan millisinin Kriştianu Ronaldunun kapitanı olduğu Portuqaliya ilə oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.

Qeyd edək ki, bu matç sentyabrın 7-də, saat 20:00-da başlayacaq.