Yevlaxda ruhi xəstə özünü maşının önünə atıb

14:10 04-05-2021 16

Bakı-Qazax avtomobil yolunda piyadanı avtomobil vurub.

“Report”un məlumatına görə, hadisə yolun Yevlax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, ruhi xəstə olduğu bildirilən orta yaşlı kişi (şəxsiyyəti dəqiqləşdirilir) özünü “Ford” markalı avtomobilin önünə atıb. Nəticədə piyada müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.