Sabir Rüstəmxanlı bəzi mollaları ittiham etdi

12:00 04-05-2021 12

“Bəzi mollaları dinləyirsən, sanki onlar fars dilində danışırlar”.

milletinsesi.info xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı deyib. 

O bildirib ki, bəzi mollalar məscidlərdə ərəb və fars mifologiyasını təbliğ edirlər. 

“Görürsən ki, ali məktəbə qəbul ola bilməyən müəyyən şəxslər əlinə kitab alıb gedib qəbiristanlığın qapısında dayanır ki, mollalıq etsin. Amma onun dini savadı yoxdur”, - deyə S.Rüstəmxanlı əlavə edib. 

Aqşin Kərimov