Daşkəsəndə evdə partlayış: Ana və oğul xəsarət aldı

10:20 04-05-2021 8

Daşkəsən rayonunda evdə partlayış olub.

milletinsesi.info-ın məlumatına görə, hadisə rayonun Zəylik kəndində baş verib.

Evdə istifadə edilən qaz balonunun partlaması nəticəsində Zəylik kənd sakini, 1972-ci il təvəllüdlü Vəliyeva Yaqut Vəli qızı və onun övladı 1997-ci il təvəllüdlü Vəliyev İsa Əkrəm oğlu yanıq xəsarətləri alıb.

Hər iki şəxs bədənin müxtəlif hissələrinin I və II dərəcəli yanıq xəsarəti ilə Gəncədə xəstəxanaya yerləşdiriliblər. 

İlhamə Əbülfət