Nüsrət Ceyson Stethemə də düz səpdirdi – VİDEO

03:30 04-05-2021 13

Tanınmış Hollivud aktyoru Ceyson Stethem “Salt bae” (duz səpmə) hərəkətilə dünyada məşhurlaşan türk aşpaz Nüsrət Gökçənin qonağı olub.

“Haber Global”ın məlumatına görə, ulduz aktyor aşpazın Beverli Hillzdəki restoranına baş çəkib.

Nüsrətin artıq ənənə almış düz səpmə hərəkətini Stethem də təkrarlayıb. Aktyor bildirib ki, Nüsrət şəhərdəki ən yaxşı qəssabdır və onun tayı-bərabəri yoxdur.

Qeyd edək ki, Beverli Hillzdəki restoran tanınmış aşpazın sayca 24-cü restoranıdır.