Bill Qeyts boşanır - FOTO

02:35 04-05-2021 15

Məşhur “Microsoft” şirkətinin təsisçisi, dünyanın ən varlı şəxslərindən biri sayılan Bill Qeyts və həyat yoldaşı Melinda Qeyts boşanmaq qərarına gəliblər.

Bu barədə məlumatı Qeyts özünün “Twitter” hesabında paylaşıb.

Cütlüyün adından yayımlanan birgə bəyanatda onların ikitərəfli razılıq əsasında boşanmaq qərarına gəldikləri bildirilib.  

Qeyd olunub ki, Bill və Melinda 27 illik ailə həyatına son qoymağa razılaşıblar.

Xatırladaq ki, cütlüyün üç övladı var.