Bakıda avtomobil 57 yaşlı kişini vuraraq xəsarət yetirdi

02:10 04-05-2021 15

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü Məmmədov Elçin Arif oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ bud və sağ qolun sınığı diaqnozları qoyulub.