Sərxoş kişi yoldan keçənlərə balta ilə hücum etdi - FOTO/VİDEO

17:25 03-05-2021 15

Əlində balta olan sərxoş kişi küçə boyu qaçaraq, sakinləri hədələyib.

Orenburq.media-nın məlumatına görə, hadisə Rusiyanın Orenburq şəhərində qeydə alınıb.

Hadisə şahidləri bu barədə polisə məlumat veriblər. Çağırışa gələn hüquq mühafizə orqanlarının əməkdaşları dələduzu saxlayıb, baltanı əlindən alıblar.

Kişi saxlanılıb. Hadisə ilə bağlı yoxlamalara başlanılıb.