Suriyada prezidentliyə namizədlərin adları açıqlandı

16:10 03-05-2021 16

Suriya Ali Konstitusiya Məhkəməsi qarşıdan gələn prezident seçkilərində iştirak etmək hüququ qazanmış namizədlərin adını açıqlayıb.

Bu barədə SANA agentliyi məlumat yayır.

Seçkilərə üç nəfərin namizədliyi qəbul edilib: ölkənin hazırkı prezidenti Bəşər Əsəd, müxalif Demokratik Cəbhənin baş katibi Mahmud Əhməd Meri və Sosialist Yunionist partiyasının üzvü, xalq məclisi üzrə keçmiş nazir Abdulla Sallum Abdulla.

Suriyada prezident seçkiləri 26 mayda keçiriləcək. Bu kampaniyada iştirak etmək üçün ümumilikdə 51 müraciət təqdim edilib. Onlardan 48-nə “konstitusiya və hüquq normalarına uyğunsuzluq” səbəbindən imtina verilib.

Bəşər Əsəd ard-arda iki dəfə dövlət başçısı postunu tutub, hazırda isə üçüncü dəfə namizədliyini irəli sürür.