Oğlu Vahid Ələkbərovun futbol klubunu idarə edəcək

14:05 03-05-2021 14

Moskvanın “Spartak” futbol klubunun direktorlar şurasında dəyişikliklər olub.

Bu barədə futbol klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, səhmdarların ümumi yığıncağının qərarı ilə Zarema Salihova və Yusif Ələkbərov idarə heyətinə daxil edilib.

Sergey Mixaylov klubun rəhbər heyətini tərk edib.

Qeyd edək ki, Yusif Ələkbərov “Lukoil” şirkətinin rəhbəri, “Spartak” futbol klubunun sahibi Vahid Ələkbərovun oğludur.