Sabirabad sakini oğurluq etdiyi evi yandırdı

14:00 03-05-2021 12

Martın 21-də saat 1 radələrində Sabirabad şəhəri Yeni məhəllədə yaşayan E.Seyfullayevin evində yanğın baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nəticədə 60 kvadratmetr sahədə yanar konstruksiyalar oradakı əşyalarla birgə yanıb, xəsarət alan olmayıb.

Sabirabad Rayon Polis Şöbəsində aparılan araşdırmalarla evdən 1 200 manat dəyərində məişət əşyalarının oğurlanması və evin yandırılması müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Qalağayın kənd sakini R.Məmmədov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.