Polis adıyla qadınları şantaj edən şəxs haqqında xəbər var - FOTO

13:30 03-05-2021 17

Bakıda özünü polis kimi təqdim edərək qadınları şantaj edən şəxs barəsində cinayət işi başlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, sosial şəbəkələrdə özünü polis kimi təqdim edərək qadınları şantaj edən şəxsin yaşadığı ünvandan müxtəlif təyinatlı maddi sübutlar aşkar olunaraq götürülüb. 

Faktla bağlı Nəsimi RPİ İstintaq şöbəsində cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir.