Azərbaycanın dörd üzgüçüsü Avropa çempionatına gedəcək - ADLAR

11:20 03-05-2021 14

10-23 may tarixlərində Macarıstanın paytaxtı Budapeştdə üzgüçülük üzrə 35-ci Avropa çempionatı keçiriləcək.

milletinsesi.info-ın xəbərinə görə, Olimpiadaya lisenziya verən bu yarışda Azərbaycanın dörd üzgüçüsü də mübarizə aparacaq. Komandamızda Fatimə Alkərəmova, Məryəm Şeyxəlizadəxangah, Ramil Vəlizadə və Maksim Şemberevdir.

Ötən ay Türkiyənin Ərzurum şəhərində bu yarışa hazırlaşmış millimiz Mərkəzi Avropa ölkəsinə mayın 17-də yollanacaq.

Qeyd edək ki, bu idmançılarımızdan yalnız Ukrayna əsilli Maksim Şemberev Olimpiadaya vəsiqə qazanıb. Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının dördqat qalibi 400 metr məsafəyə qarışıq üsulla üzmədə lisenziya əldə edib.

Səbuhi Musayev