Hökumət parlamentə hesabat verəcək

09:25 03-05-2021 16

Mayda Azərbaycan hökumətinin Milli Məclisə toplanması gözlənilir.

milletinsesi.info-ın məlumatına görə, 2020-ci ilin dövlət büdcəsinin icrası barədə qanun layihəsinin müzakirəsi zamanı hökumət üzvləri parlamentə gələcək.

Müzakirələr zamanı ötən ilin dövlət büdcəsinin gəlirləri və xərcləri müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, sənədi bir qayda olaraq maliyyə naziri təqdim edir.

Aqşin Kərimov