Hamilton Portuqaliya Qran-prisinin qalibi oldu - FOTO

20:30 02-05-2021 15

“Formula 1” çempionatının növbəti mərhələsi Portuqaliyada baş tutub.

milletinsesi.info xəbər verir ki, “Alqarve” avtodromunda baş tutan sayca üçüncü mərhələnin qalibi “Mercedes” pilotu Luis Hamilton olub.

Yarışmada ikinci pilləni “Red Bull” komandasından Maks Ferstappen tutub. Finişə üçüncü çatan isə onun komanda yoldaşı Valtteri Bottas olub.

Qeyd edək ki, hazırda hesabında 69 xal olan Hamilton yarış cədvəlinə başçılıq edir. Trasın ötənilki qalibi də məhz o olub.