Hindistanda aşkar olunan koronavirus növü Malayziyada da tapılıb

18:25 02-05-2021 14

Koronavirusun ilk dəfə Hindistanda aşkar olunmuş B1617 ştammı artıq Malayziyada da tapılıb.

TASS xəbər verir ki, bu barədə Malayziya səhiyyə naziri Adham Baba videokonfrans zamanı məlumat verib.

Virus paytaxt Kuala-Lumpur hava limanında testdən keçən Hindistan vətəndaşında tapılıb.

Qeyd edək ki, Hindistanda epidemioloji vəziyyətin kəskin pisləşməsi fonunda iki ölkə arasındakı hava əlaqəsi artıq dayandırılıb.