Nazir sosial proqramlar barədə məlumat verdi: 20 min şəxs əhatə olunub

13:10 09-04-2021 9

“Azərbaycanın 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü, suverenliyini bərpa etdikdən sonra ölkə başçısının təşəbbüsü ilə çoxsaylı sosial proqramlar icra olunur. Ötən dövr ərzində 20 min şəxs bu proqramlar çərçivəsində əhatə olunub”.

milletinsesi.info-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

Onun sözlərinə görə, bu dövrdə 13 minə yaxın sosial ödənişlər təyin edilib, 4 minə yaxın şəhid ailəsi, müharibə əlili, müharibə iştirakçısı məşğulluq proqramlarına cəlb olunub:

“9 minə yaxın şəxs müxtəlif sosioloji, psixoloji reabilitasiyaya və digər xidmətlərə cəlb edilib. 7 mindən çox şəxsə 13 mindən çox sosial ödəniş həyata keçirilib. Bu da davamlı olaraq icra ediləcək. Bütün şəhid ailələri, müharibə əlilləri sosial ödənişlərlə təmin ediləcək. Bu dövrdə 15 qazimizə tam elektron protezlər təqdim edilib. Bu proses də il ərzində əzalarını itirmiş, amputasiyası olan, əlilliyi olan bütün şəxsləri əhatə edəcək”.

İlhamə Əbülfət