Sahil Babayev: “Ölkə üzrə 16 regional “DOST” Mərkəzi olacaq”

13:00 09-04-2021 10

“Növbəti “DOST” Mərkəzinin Abşeron rayonunda açılması planlaşdırılır”.

milletinsesi.info-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

Onun sözlərinə görə, Bərdə, Quba, Gəncə, Sumqayıt və Sabirabadda “DOST” mərkəzlərinin yaradılmasına dair işlərə başlanılıb:

“Bəzilərində layihələrindirmə, bəzilərində tikinti-təmir işləri həyata keçirilir. Ümumilikdə ölkə üzrə 16 regional “DOST” Mərkəzi olacaq. Hər bir rayonda mərkəzlərin qəbul şöbələri olacaq”.

Nazir qeyd edib ki, hazırda “Virtual DOST Mərkəzi” platforması hazırlanır:

“Ümid edirəm ki, cari ildə onu istifadəyə verəcəyik. O zaman ölkənin istənilən regionunda yaşayan insan hər hansı mərkəzə getmədən mobil tətbiq vasitəsilə müraciət edə biləcək”.

İlhamə Əbülfət