Azərbaycanda 90 minə yaxın pensiya işi ləğv edilib - RƏSMİ

12:20 09-04-2021 9

“Son üç il ərzində əlillik müddətinin uzadılması ilə bağlı saxtakarlıqlar aşkarlanıb. Nəticədə həmin şəxslərin əlilliyi ləğv edilib”.

milletinsesi.info-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

O bildirib ki, ötən üç il aparılan araşdırmalar zamanı 17 mindən çox saxta əlillik, 90 minə yaxın pensiya işi ləğv edilib:

“Bu saxta işlər ləğv edilməsəydi, təkcə cari il üçün maliyyə yükü 560 milyon manatdan çox idi”.

İlhamə Əbülfət