Əhali icbari tibbi sığorta üçün nə qədər ödəniş edib? - RƏSMİ + FOTO

12:15 09-04-2021 12

İqtisadiyyat naziri Mikayıl Cabbarov icbari tibbi sığorta yığımlarının həcmi barədə məlumat verib. 

milletinsesi.info-ın məlumatına görə, bu barədə nazir özünün sosial media hesabında yazıb. 

“2021-ci ildən icbari tibbi sığorta yığımlarının tətbiqinə başlanıb. Birinci rübdə daxilolmalar 112,3 milyon manatdan çox olub (nəzərdə tutulandan 25,5 milyon manat artıq). İcbari tibbi sığorta sistemi əhalinin etibarlı və keyfiyyətli tibbi xidmətlərdən istifadə imkanlarını artıracaq”, - deyə Mikayıl Cabbarov qeyd edib.

 

2021-ci ildən #İcbariTibbiSığorta yığımlarının tətbiqinə başlanıb. 1-ci rübdə #daxilolmalar 112,3 mln.manatdan çox olub...

Mikayil Jabbarov paylaştı: 9 Nisan 2021 Cuma