Vətən müharibəsi şəhidinin ailəsinə ev verildi

11:35 09-04-2021 8

Vətən müharibəsinin şəhidi Musayev Elşənin ailəsinə üçotaqlı mənzil verilib.

Bu barədə milletinsesi.info-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, şəhid ailəsi Bakının Qaradağ rayonunun “Ümid” qəsəbəsində mənzillə təmin olunub.

Xatırladaq ki, Musayev Elşən Hüseyn oğlu 44 günlük Vətən müharibəsində Füzuli istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.

İlhamə Əbülfət