Bakıda yol çökdü: “Azərsu” ASC hərəkətə keçdi

11:20 09-04-2021 8

Bakının Nizami rayonunda yol çöküb. 

milletinsesi.info-ın məlumatına görə, söhbət Kamil Balakişiyev və Əlif Hacıyev küçələrinin kəsişməsindən gedir. 

Belə ki, sözügedən ünvanda istismar müddətini başa vurmuş kollektor yolun çökməsinə səbəb olub.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. 

Onun sözlərinə görə, hazırda “Bakı Sukanal” İdarəsinin əməkdaşları həmin əraziyə ezam olunublar:

“Qeyd edilən ərazidən 1 200 millimetrlik 8-ci km kollektoru keçir. Köhnə tikilmiş kollektorun borusunda çökmə baş verib. Bu səbəbdən də borunun 10-12 metrlik hissəsinin dəyişdirilməsinə ehtiyac yaranıb. Məsələ ilə bağlı daxil olan məlumat əsasında əraziyə ezam edilən əməkdaşlar tərəfindən təhlükəsizlik tədbirləri görülüb. Ərazi çəpərlənib. Hazırda “Bakı Sukanal” İdarəsi nin əməkdaşları ərazidə qəzanın yaratdığı fəsadların aradan qaldırılması üçün təmir işlərinə başlayıblar”.