Azərbaycanlı jurnalistin filmi beynəlxalq mükafat alıb

23:45 08-04-2021 10

“Rossiya” telekanalının əslən azərbaycanlı jurnalisti Nailə Əskərzadə “Təhlükəli virus-2” sənədli filminə görə beynəlxalq mükafata layiq görülüb.

“RİA Novosti” xəbər verir ki, film rusiyalı alimlərin koronavirusa qarşı vaksin üzərindəki çalışmalarını əks etdirir.

“Biz əməyimizi yüksək qiymətləndirdiyinə görə Çin tərəfinə minnətdarlığımızı bildiririk. Ümid edirik ki, filmimiz insanlara bu xəstəlik barədə daha ətraflı məlumat almaqda kömək edib və bəlkə də, kimisə ölümcül vurisa yoluxmaqdan qoruyub”, - deyə N.Əskərzadə bildirib.

Qeyd edək ki, “Təhlükəli virus-2” Çində keçirilən beynəlxalq film festivalının “Qızıl lent-2020” mükafatını qazanıb. Sənədli ekran əsəri 28 ölkədən 80 film arasından seçilib.