Türkiyə DİN rəhbərinin helikopteri məcburi eniş edib – VİDEO

22:55 08-04-2021 11

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun helikopteri qatı duman səbəbindən məcburi eniş edib.

“Haber Global”ın məlumatına görə, DİN rəhbəri “Zeytun budağı” əməliyyatı zamanı şəhid olan çavuş Gökhan Çakırın dəfn mərasimində iştirak etmək üçün Bursanın İnegöl ilçəsinə yola düşüb. Lakin yolda qatı dumanın olması helikopteri Bilecik şəhərində məcburi enişə sövq edib.

Şəhər stadionu meydançasına enən helikopteri Bilecik Gənclər və İdman İdarəsinin müdiri qarşılayıb. Nazir onun xidməti avtomobilinə minərək yoluna davam edib.