Qənirə Paşayeva bir qrup ictimai fəal xanımla görüşüb

12:08 08-04-2021 47
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bir qrup ictimai fəal xanımla görüşüb, onlarla mədəniyyətyönümlü layihələr, o cümlədən Azərbaycan həqiqətlərinin dünyada daha da geniş yayılması, mədəni irsimizin təbliği, habelə türk dünyasında mədəni inteqrasiya ilə bağlı fikirlərini bölüşüb. Görüşdə, haqlı olaraq Mədəniyyət İli kimi xarakterizə edilən 2021-ci il içində keçirilməsi nəzərdə tutulan festivallar, habelə yubileyi bu ilə düşən mədəniyyət, incəsənət xadimlərinin yubileyinin qeyd olunması yönündə də fikir mübadiləsi aparılıb. "SAF - İsveç-Azərbaycan Birliyi"nin sədri Sevda Dadaşova, “Azeri-Frans” MMC-nin baş direktoru Günel Məmmədhəsənova, tanınmış jurnalist Asya Hacızadə, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının sədri Səkinə Babayeva, DİA-nın qardaş Türkiyədən olan doktorantı Saliha Gizem Önder, gənc bloqger İradə Qədirova Komitə sədrinə səmimi görüş və fikir mübadiləsi üçün təşəkkür edib. Qonaqlara Qarabağ motivli xatirə hədiyyələri təqdim olunub.