Lənkəranda polis reyd keçirdi: Sürücü və sərnişinlərə xəbərdarlıq edilib - FOTO

09:25 08-04-2021 10

Lənkəranda karantin qaydalarını pozan şəxslərlə bağlı reyd keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə növbəti reyd təşkil olunub. Polis əməkdaşları bir daha sakinlər arasında profilaktik söhbətlər apararaq onları tibbi maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.

Qapalı və açıq məkanlarda, həmçinin ictimai nəqliyyatda, taksi xidməti göstərən nəqliyyat vasitələrində tibbi maskadan istifadə etməyən sürücü və sərnişinlər polis əməkdaşları tərəfindən müəyyən edilib. Onlar barəsində qanunamüvafiq tədbirlər görülüb. Qapalı məkanlarda və ictimai nəqliyyatda sosial məsafənin gözlənilməsilə bağlı bir daha xəbərdarlıqlar edilib.