Taylandda marketə nəhəng kərtəngələ girdi - VİDEO

08:15 08-04-2021 13

Taylandın paytaxtı Banqkokdakı marketlərin birində qeyri-adi hadisə yaşanıb.

"Haber Global"ın məlumatına görə, nəhəng kərtəngələ mağazaya daxil olaraq, alıcıları qorxuya salıb. 

Onu görənlər dəhşət içində marketi tərk etməli olublar.

Həmin an alıcılardan biri mobil telefonu vasitəsilə canlının görüntülərini qeyd edib.