Türkiyədə koronavirusa sutkalıq yoluxma sayı 50 mini ötdü

23:45 07-04-2021 10

Türkiyədə son 24 saat ərzində COVID-19 səbəbilə 276 ölüm faktı qeydə alınıb.

“Haber Global”ın məlumatına görə, sutka ərzində ölkədə 302 108 nəfərin koronavirus testi yoxlanılıb.

Onlardan 54 740 nəfərin cavabı pozitiv çıxıb. 35 503 nəfər isə sağalaraq, gündəlik həyata qayıdıb.

Hazırda ölkədə koronavirusa yoluxmuş 2 604 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.