Allahşükür Paşazadə Ağdam səfərindən danışdı: “Həmin şəhər yoxdur, ürəyim ağrıdı”

15:20 07-04-2021 9

“İşğaldan əvvəl Ağdama tez-tez gələrdim. Bu rayonda dostlarım var idi. Buraya axund da təyin etmişdim. Bugünkü namaz qıldığım məscid mənim üçün əziz olub”.

“Report” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

QMİ sədri qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olundu: “Elə o vaxtdan Ağdam binalarının və insanlarının gözəlliyi ilə seçilirdi. Bu səfərə gələndə ürəyim ağrıdı. Həmin Ağdam yoxdur. Yol boyu xüsusi geyimdə olan insanların minalardan təmizləmək üçün işlər gördüyünü müşahidə etdim”.