Gözəllik müsabiqəsi səhnədə tac uğrunda “savaş”la bitdi – VİDEO

09:15 07-04-2021 15

“Şri-Lanka gözəli” müsabiqəsi zamanı xoşagəlməz anlar yaşanıb.

“Sputnik Türkiyə” xəbər verir ki, insident tacqoyma mərasimi zamanı baş verib.

Müsabiqənin mükafatçılarından olan Puşpika De Silvanın boşanma xəbəri münsiflərdən birini bərk əsəbiləşdirib və o, gözəllik tacını qaydaları pozan qızın başından çıxarıb.

Sonradan, De Silva “Facebook” vasitəsilə boşanması barədəki xəbəri təkzib edib.  

Müsabiqənin təşkilatıçları isə münsifin hərəkətinin yolverilməz olduğunu bildiriblər.