Hər altıncı amerikalı ailə ərzaq üçün pul çatışmazlığı yaşayır

03:45 07-04-2021 13

Təxminən 22 milyon amerikalı (ölkədəki bütün həddi-buluğa çatmış şəxslərin 11 faizi) ərzağa ehtiyac duyur. Uşaqları olan hər altıncı ailə yemək üçün pul çətinliyi ilə qarşılaşıb.

Bu barədə “Business Insider” xəbər yayıb.

Yanvar ayında ABŞ Prezidenti Co Bayden ailələrə zəruri ərzaqların alınmasında köməyi genişləndirmək üçün sərəncam imzalamışdı. Səlahiyyətlilər ayda bir milyard dollardan çox qida pulu və ehtiyacı olan uşaqlara gündə bir dollar ayırmaqla tarixdə ən böyük proqramı təsdiqləyiblər.

İqtisadçılar qeyd edirlər ki, bu qədər geniş ərzaq yardımı ilk dəfədir gərçəkləşir.