ÇL: Madrid və Mançesterdə bol qollu gecə

01:05 07-04-2021 16

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

İlk oyun günündə iki qarşılaşma baş tutub.

İspaniyada Madrid “Real”ı İngiltərənin “Liverpul” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı bu oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər – 3:1.

İngiltərənin digər təmsilçisi “Mançester Siti” isə doğma meydanda Dortmund “Borussiya”sı ilə qarşılaşıb. "Şəhərlilər” bu görüşdən çətin qələbə ilə ayrılıblar – 2:1.

UEFA Çempionlar Liqası
1/4 finalın ilk oyunları
6 aprel

“Real” (İspaniya) – “Liverpul” (İngiltərə) - 3:1
Qollar:
 J.Vinisius, 27; 65. Asensio, 36 - Salah, 51. 

“Mançester Siti” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya) - 2:1
Qollar:
De Brüyne, 19. Foden, 90 - Roys, 84.