Bakıda 46 yaşlı qadın yol qəzasında xəsarət aldı

22:45 06-04-2021 13

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Ramana qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1975-ci il təvəllüdlü Məmmədova Zoya İldırım qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona döş qəfəsinin əziyi diaqnozu qoyulub.