Bu gün həm Çempionlar Liqası, həm də Avropa Liqasında oyunlar keçiriləcək - AFİŞA

11:10 24-02-2021 13

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulacaq.

milletinsesi.info xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutacaq.

İtaliyada yerli “Atalanta” Madrid “Real”ını qəbul edəcək. Digər matçda isə Mönxenqladbax “Borusiya”sı İngiltərə Premyer Liqasının lideri və bu turnirin əsas favoritlərindən biri “Mançester Siti” ilə üz-üzə gələcək. Qarşılaşma pandemiya ilə bağlı səyahət məhdudiyyətləri səbəbindən Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq.

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

00:00 “Atalanta” (İtaliya) – “Real” (İspaniya)

00:00 “Borusiya” (Mönxenqladbax, Almaniya) – “Mançester Siti” (İngiltərə)

Bu gün həm də UEFA Avropa Liqasında bir matç keçiriləcək. “Totenhem” Londonda Avstriyanın “Volfsberq” klubu ilə cavab matçına çıxacaq. Səfərdə 4:1 qalib gələn Joze Mourinyonun yetirmələri üçün bu matçın formal xarakter daşıdığını güman etmək olar.

Avropa Liqası

1/16 final mərhələsi, cavab oyunu

21:00 “Totenhem” (İngiltərə) – “Volfsberq” (Avstriya)

Səbuhi Musayev