Bakıda səkkiz nəfər yıxılaraq xəsarət alıb - RƏSMİ

10:40 24-02-2021 11

Bu gün kəskin hava şəraiti ilə bağlı səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Bu barədə milletinsesi.info-ın sorğusuna cavab olaraq Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib. 

Bildirilib ki, bu gün saat 10:00-a qədər olan məlumata əsasən, hava şəraiti ilə əlaqədar səkkiz nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

“Yaralılardan birinə yerində yardım göstərilib. Digər yeddi nəfər isə xəstəxanaya yerləşdirilib”.