Quba ağ örpəyə büründü - FOTO/VİDEO

10:35 24-02-2021 10

Ötən gün axşam saatlardan başlayaraq Azərbaycanın şimal bölgələrinə də güclü qar yağıb.

milletinsesi.info-ın məlumatına görə, Quba rayonu ərazisinə yağan qarın hündürlüyü 15 sm-ə yaxındır.

Şimal rayonlarına hazırda da qar yağmaqda davam edir. Əsas yollarda və mərkəzi küçələrdə ərazilərin qardan təmizlənməsi istiqamətində tədbirlər görülür. 

Quba Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. 

Könül Cəfərli