Buldozer sürücüsü 1,3 kq-lıq kəhrəba tapdı – FOTO

01:45 24-02-2021 14

Buldozer sürücüsü karxanada 1,3 kq çəkisi olan kəhrəba tapıb.

360 TV-nin məlumatına görə, tapıntı Rusiyanın Kalininqrad şəhərində karxanada aşkarlanıb.

Kombinatdan bildirilib ki, saf halda tapılan və çəkisi 1 kq-dan artıq olan bütün unikal daşlar kəhrəba adlandırılır. Yeni tapılan qiymətli daş da istisna deyil.

Ona “Vətənin müdafiəçisi” adı qoyulub.