FHN xəstəxanasında çalışanlar əməkhaqlarının verilməməsindən şikayətçidirlər

16:10 23-02-2021 12

Fövqəladə Hallar Nazirliyinin (FHN) Modul Tipli Xəstəxanasında çalışmış bir qrup şəxs xəstəxananın qarşısına toplaşaraq əməkhaqlarının verilməməsi ilə bağlı şikayətçi olduqlarını bildiriblər. 

Bu barədə məlumatlar sosial şəbəkədə yayılıb.

Şikayətçilər iddia edir ki, onlar qanunsuz olaraq işdən çıxarılıblar və istirahət günlərində də çalışıblar. 

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva milletinsesi.info-a bildirib ki, hazırda FHN-nin tabeliyində olan Modul Tipli Xəstəxananın qarşısında belə bir hal yoxdur. 

Qeyd edək ki, bu barədə ilk məlumatı Report yayıb. Məlumatda qeyd olunub ki, nazirliyin sözçüsü yaxın günlərdə şikayətçilərin maaşlarının veriləcəyini bildirib.

Könül Cəfərli