Türkiyəli şagirdlər pilotsuz təyyarə modeli hazırladılar - FOTO

15:45 23-02-2021 17

Türkiyənin Van vilayətinin Erciş rayonunda iki məktəbli pilotsuz təyyarə modeli hazırlayıblar.

DHA xəbər verir ki, 10-cu sinif şagirdi Rüken Ölmez və 11-ci sinif şagirdi Elif Ayan kimya müəllimləri Qədiq Karabaş ilə birlikdə “Türk Nano Tim” adlı komanda yaradıblar.

Şagirdlərin bir il ərzində hazırladıqları uzaqdan idarə edilən altı ədəd pilotsuz təyyarə 20 dəqiqə havada qala bilir.